0
Thursday 16 July 2020 - 16:06

Ayətullah Xameneinin nümayəndəsi Ermənistanın hücumu haqda danışdı

Story Code : 874851
Ayətullah Xameneinin nümayəndəsi Ermənistanın hücumu haqda danışdı
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Ali Liderinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Seyid Həsən Amili deyib.

O bildirib ki, Ermənistan tərəfi yanlış yolu seçib və buna görə də regional və beynəlxalq dairələr onun cinayətini qınayır.

Şəhidlərə görə Azərbaycan xalqına başsağlığı verən İran Ali Liderinin nümayəndəsi bildirib ki, İran xalqı və dövləti həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Qeyd edək ki, Seyid Həsən Amili dəfələrlə özünün və digər İran vətəndaşlarının Qarabağda döyüşərək, şəhid olmağa hazır olduqlarını elan edib.