0
Wednesday 22 July 2020 - 15:17

Zərif Moskva səfərindən yazdı: “Putin üçün vacib bir mesaj apamışdım”

Story Code : 875969
Zərif Moskva səfərindən yazdı: “Putin üçün vacib bir mesaj apamışdım”
Rusiyalı həmkarı ilə görüşmək və Putinə mühüm mesaj çatdırmaq üçün iyulun 21-i Moskvaya gedən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Lavrov və Putinlə görüşdükdən sonra səfər haqqında yazdığı tvitində, “Moskvada prezident Putinə vacib bir mesaj verdim” deyib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Zərif rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarına da toxunaraq, belə qeyd edib: “Xarici işlər naziri Lavrovla ikitərəfli əməkdaşlıq və regional və beynəlxalq koordinasiya mövzusunda ətraflı danışıqlarımız oldu. Biz uzunmüddətli hərtərəfli strateji əməkdaşlıq sazişini hazırlamağa razıyıq”.

Zərif Lavrovla keçirdiyi mətbuat konfransından da danışıb: “İran-Rusiya ikitərəfli münasibətlər sazişi yaxın gələcəkdə 20 illiyinə çatacaq və avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaq. Eyni zamanda iki ölkə arasında müasir bir uzunmüddətli sazişin qurulmasına çalışmaq barədə razılığa gəldik ki, saziş müddəti bitmədən yeni bir saziş hazırlayıb, onu iki ölkə arasında imzalamaq və təsdiqləmək üçün parlamentlərə təqdim etmək lazım olacaq”.