0
Wednesday 22 July 2020 - 23:46

Trampa xəbərdarlıq: Qarşıda daha ağır intiqam var!

Story Code : 876022
Trampa xəbərdarlıq: Qarşıda daha ağır intiqam var!
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani şəxsi Twitter hesabında ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edərək yazıb: "ABŞ prezidenti etiraf edir ki, terrorizmlə mübarizədə parlaq simalardan olan general Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndis onun birbaşa göstərişi ilə terror edilib. İran və İraq xalqı bu şəhidlərin intiqamını alacaq, onların qanını yerdə qoymayaq və günahkarlar cəzalandırılana qədər sakitləşməyəcəklər. Ağır intiqam yoldadır!"

Qeyd edək ki, Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndis terror edildikdən sonra İran cavab olaraq “qisasın ilk addımı"nda ABŞ-ın İraqdakı iki əsas bazasını raket zərbələri ilə yerlə yeksan etmişdi.

Ötən gün İraq baş naziri Mustafa Əl-Kazimini qəbul edən Ali Dini Lider Ayətullah Xamenei də ABŞ-ın cinayətlərini xatırladaraq İranın şəhid Süleymaniyə qarşı törədilmiş terror cinayətini unutmayacağını bildirib.
Source : IslamTimes