0
Thursday 23 July 2020 - 08:37

Rusiya Breksitə müdaxilə edib?

Story Code : 876044
Rusiya Breksitə müdaxilə edib?
Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Boris Conson leyboristlərin ittihamına cavabında deyib.

Consonun sözlərinə görə, parlamentin kəşfiyyat və təhlükəsizlik komitəsinin 21 iyul hesabatında Rusiyanın 2016-cı il referendumuna təsir etməsinə dair heç bir sübut tapılmayıb:

“Hesabatda dəlil tapmayan Aİ üzvlüyü tərəfdarlarının qəzəbi ilə üzləşmişik. Bütün bu qəzəbli və boş söhbətlərdən sonra ittifaqda qalmaq istəyənlər qəfildən arqumentlərinin olmadığını gördülər”.

Qeyd edək ki, leyboristlərin lideri Kir Stammer Rusiyanın Breksitə müdaxiləsi ilə bağlı parlamentin 2019-cu il oktyabr hesabatını xatırladıb. O, baş nazirdən tələb edib ki, ötən 10 ay ərzində hansı səbəbdən araşdırma aparılmaması haqda açıqlama versin.