0
Monday 27 July 2020 - 00:13

BDYP-nin rəis müavini polkovnik-leytenant COVID-19-dan öldü

Story Code : 876717
BDYP-nin rəis müavini polkovnik-leytenant COVID-19-dan öldü
"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, həkimlərin səyinə baxmayaraq ötən gün İlham Rəcəbovun həyatını xilas etmək mümkün olmayıb.

DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.

Bununla da, Daxili İşlər Nazirliyinin 5-ci əməkdaşı koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, ötən il Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən azad olunub və nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilib.