0
Tuesday 28 July 2020 - 15:06

Sionistlər Hizbullahın xəbərdarlığından qorxuya düşüb

Story Code : 877126
Sionistlər Hizbullahın xəbərdarlığından qorxuya düşüb
"The Jerusalem Post" qəzetinin məlumatına görə işğalçı İsrail rejiminin Hizbullah hərəkatının intiqam xəbərdarlığına görə nigarançılıqları hələ də davam edir.

Öncə xəbər verdiyimiz kimi sionist rejim qırıcılarının Suriya ərazisinə təcavüzü nəticəsində Hizbullah hərbçisi şəhid olmuşdu. Müqavimət Hərəkatının sionistlərin bu cinayətinə cavab olaraq ötən gün İsrailə məxsus bir tankı hədəf aldığı bilirilir. Amma Hizbullah növbəti intiqam əməliyyatının da yolda olduğunu bildirib. 

"The Jerusalem Post" yazıb ki, Livanla işğal olunmuş Fələstin sərhəddi yaxınlığında olan sionist qüvvələr tam hazırlıq vəziyyətinə gətirilib. Sionistlər Hizbullahın hələ də hücum edə biləcəyi qorxusu ilə yaşayırlar.

İsrail tərəfi Hizbullahın işğal olunmuş Fələstin torpaqlarına daxil olaraq əməliyyat keçirmək istədiyini və sionist qüvvələrin bu əməliyyatın qarşısını aldığını iddia etsə də, Hizbullah bu xəbərin yalan olduğunu və işğalçı İsrailin bu xəbərlə Hizbullah qarşısında uğur qazandıqlarını söyləməklə öz hərbçiləri arasındakı nigarançılıqları, qorxunu aradan qaldırmağa çalışdığını bildirib.
Source : IslamTimes