0
Monday 17 August 2020 - 17:33

Sionistlərin 77%-i ilhaq planına qarşıdır!

Story Code : 880854
Sionistlərin 77%-i ilhaq planına qarşıdır!
Benyamin Netanyahunun Fələstinin Qərb Sahilinin bir hissəsinin işğalı planı ilə bağlı böyük "yatırım"larına baxmayaraq sionistlərin 77%-i ilhaq planına qarşıdır.

Sionist rejimin 12-ci kanalının verdiyi məlumata görə işğal olunmuş Fələstin ərazisində sorğu keçirilib. Bu sorğudan sonra məlum olub ki, işğal olunmuş Fələstin ərazilərindəki sionistlərin 77%-i Fələstinin Qərb Sahilinin böyük bir hissəsinin ilhaqı planına müxalifdirlər. Onlar bu ilhaq planının əvəzinə BƏƏ ilə əlaqələr qurulmasına üstünlük verirlər.

"The Times of Israel"in yazdığına görə sionistlərin təqribən 16.5%-i isə BƏƏ ilə əlaqələr qurulması əvəzinə Qərb Sahilinin ilhaqı planının icra olunmasını istəyir.

Bu səsvermədə iştirak edənlərin əksəri bildirib ki, Netanyahunun BƏƏ ilə münasibətlər yaradılması müqabilində Qərb Sahilinin ilhaqı planından vaz keçməsi onun seçkiöncəsi vədələrini pozması deməkdir.

Həmçinin sorğuda iştirak edənlərin 86%-i bildirib ki, BƏƏ ilə münasibətlər qurulması onların qarşıdakı seçkilərdə Netanyahu ilə bağlı fikirlərini dəyişməyəcək.

Qeyd edək ki, bir neçə həftədir ki, İsraildə Netanyahunun istefası tələbi ilə böyük etiraz aksiyaları keçirilir.
Source : IslamTimes