0
Thursday 20 August 2020 - 09:30

ABŞ rüsvayçı məğlubiyyəti həzm edə bilmir

Story Code : 881410
ABŞ rüsvayçı məğlubiyyəti həzm edə bilmir
BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə BMT baş katibi Antonio Quterreş və ABŞ dövlət katibi Mayk Pompeo arasında görüş keçiriləcəyi barədə məlumat verib.

Düjarrik bildirib ki, BMT baş katibi Pompeonu şəxsi iqamətgahında qəbul edəcək.

Qeyd edək ki, ABŞ İrana qarşı silah embarqosunun uzadılması üçün ilk öncə hazırlanan qətnaməni BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarıb. Amma rüsvayçı bir nəticə ilə üzləşib. Yalnız Dominikan Respublikası ABŞ-ın qətnaməsinə müsbət səs verib. Digər ölkələr İrana sanksiya tətbiq edilməsindən imtina ediblər.

ABŞ daha sonra "tətik mexanizmi"ni işə salaraq İrana qarşı bütün sanksiyaları bərpa etməyə çalışıb. Amma AB rəhbərliyi ABŞ-ın İranla 5+1 arasındakı razılaşmanı pozaraq, bu sazişi tərk etdiyi üçün tətik mexanizmini işə salmaq haqqına sahib olmadığını bildirib. 

Bütün qapıların bağlı olduğunu görən Pompeo bu dəfə Quterreşdən İrana qarşı istifadə etməyə çalışacaq.
Source : IslamTimes