Haşd-Şabi İraq-Suriya sərhədində hərbi əməliyyata başlayıb
Story Code : 885426
SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bu barədə Haşd-Şabinin əl-Ənbar Əməliyyatları komandanı Qasim Muslih açıqlama verib.
Bildirilib ki, Suriya-İraq sərhədində İŞİD silahlılarının yeni hərəkət istiqamətləri ilə bağlı kəşfiyyat məlumatlarının daxil olmasından sonra əl-Ənbar əyalətinin qərbində hərbi əməliyyata start verilib.
Qeyd edək ki, bölgə 2018-ci ilin əvvəli İŞİD-dən təmizlənib. Lakin terror təşkilatının üzvləri gizli sığınacaqlarından çıxaraq və ya Suriyada kürd bölmələrinin nəzarətindəki ərazilərdən İraqa keçərək ara-sıra terror hücumlarını həyata keçirməyə cəhd edirlər.