0
Sunday 13 September 2020 - 09:52

İraqın Əl-Həşduş Şəbi qüvvələri İŞİD-in dörd liderini öldürdü

Story Code : 885976
İraqın Əl-Həşduş Şəbi qüvvələri İŞİD-in dörd liderini öldürdü
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, İraq Təhlükəsizlik Kəşfiyyat İdarəsi sentyabrın 11-i axşam Samirranın cənubundakı pusqu əməliyyatı nəticəsində dörd İŞİD liderinin öldürüldüyünü açıqlayıb.

“Baghdad Al-Youm” xəbər saytının verdiyi məlumatda belə qeyd olunub: “Samirra Əməliyyat Komandanlığının Maqhavir briqadası və Saraya Əl-Salam qrupunun birgə qüvvəsi Samirranın cənubundakı Əl-Fərhadiyə bölgəsindəki güclü pusqu əməliyyatı zamanı İŞİD terror qruplaşmasının dörd liderini öldürdü, onlardan ikisi partlayıcı kəmər taxmışdı”. Deyerler.org