0
Tuesday 22 September 2020 - 15:01

Bolton: ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etmək səyləri boşa çıxdı

Story Code : 887761
Bolton: ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etmək səyləri boşa çıxdı
Ağ Evin hazırkı administrasiyasındakı üçüncü milli təhlükəsizlik müşaviri olmuş Con Bolton Donald Trampın BMT-nin İrana qarşı sanksiyalarını bərpa etmək üçün tətik mexanizmini işə salmaq təlaşlarına münasibət bildirib.

Daha öncələr Corc Buşun prezidentliyi dönəmində ABŞ-ın BMT-dəki nümayəndəsi vəzifəsində çalışmış Con Bolton Vaşinqtonun tətik mexanizminə əl atacağı təqdirdə hansı xoşagəlməz hadisələr yaşanacağı haqda xəbərdarlıq etmişdi. Bolton bildirmişdi ki, ABŞ İranla razılaşmanı tərk etdiyi üçün tətik mexanizmini işə salmaq hüququna malik deyil və bu addımı atarsa, sadəcə özünü BMT və Təhlükəsizlik Şurasında hörmətdən salacaq!

Qeyd edək ki, Trampın BMT-nin İrana qarşı sanksiyaları bərpa etməklə bağlı tələbi Antonio Quterreş tərəfindən də rədd edildikdən sonra ABŞ prezidenti bu biabırçılığı həzm etməkdə çətinlik çəkir. Digər ölkələrin sanksiyalara qoşulmaqdan boyun qaçırmasına baxmayaraq ABŞ İrana qarşı təkbaşına sanksiyalar tətbiq etməyə çalışır.
Source : IslamTimes