Çin: ABŞ dünyanın sabitliyi və təhlükəsizliyi üçün ən böyük təhdiddir!
Story Code : 891384
Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qanq Şuanq ABŞ nümayəndəsinin Pekinə qarşı ittihamlarını yalanlayıb.
CGTN xəbər kanalının məlumatına görə Birləşmiş Millətlər Təşkilatının 75-ci illik sessiyasında Qlobal Təhlükəsizliklə bağlı müzakirələr zamanı Çin rəsmisi deyib: "ABŞ qlobal sabitlik və strateji təhlükəsizlik üçün ən böyük təhdiddir!"
Çinli diplomat əlavə edib: "Hal-hazırda ABŞ nümayəndəsi Covid-19 virusunun yayılması ilə bağlı Çinə qarşı əsassız ittihamlar irəli sürərək bir daha BMT-də "siyasi virus" yaydı. Qeyd etməliyəm ki, amerikalıların məsuliyyəti öz üzərindən atma cəhdləri onların pandemiyaya qarşı mübarizədə yol verdiyi səhvləri ört-basdır etməyəcək və Vaşinqton beynəlxalq ictimaiyyəti aldatmağa nail olmayacaq!"