0
Sunday 11 October 2020 - 01:37

Sionistlərin Fələstin xalqına qarşı amansızlığı davam edir

Story Code : 891385
Sionistlərin Fələstin xalqına qarşı amansızlığı davam edir
"İsraillə rabitələrin normallaşdırılması" qatarına qoşulan dövlətlərə qarşı Qüdsdə keçirilən etirazlara Sionist İsrail ordusu müaxilə edib. Aksiyada iştirak edən fələstinliləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edildiyi üçün onlarla fələstinlinin bu qaz səbəbindən nəfəs almasında ciddi problem yaranıb.

Fələstinin "Vətən" xəbər saytı şahidlərə istinadən bildirib ki, işğalçı İsrail ordusu aksiya keçirilən məntəqəyə hücum edərək, etirazçılara səs bombaları, rezin güllələr və gözyaşardıcı qazla müdaxilə edib. Bu hücum nəticəsində çox sayda uşaq da daxil olmaqla onlarla fələstinlinin yaralandığı xəbər verilir.

Daha çox tədbir formatında baş tutan etiraz yığıncağı Qüdsün şimal-qərbindəki Rafat qəsəbəsindəki Fəth hərəkatının dəvəti ilə təşkil edilmişdi. Əhali bu aksiyada iştirak etməklə İsrail rejimi əsirliyində olan fələstinlilərə sadiq qaldıqlarını və "Əsrin müqaviləsi" layihəsi çərçivəsində işğalçı İsraillə rabitələrin normallaşdırılmasına qarşı olduqlarını bildiriblər.
Source : IslamTimes