0
Saturday 17 October 2020 - 14:30

İran mətbuatı ermənilərin "Gəncə terroru"ndan yazdı

Story Code : 892568
İran mətbuatı ermənilərin "Gəncə terroru"ndan yazdı
İran İslam Respublikasının "Young Journalists Club", "FarsNews", "MashreghNews", "IRNA" və digər informasiya agentlikləri Ermənistan işğalçı ordusunun günün ilk saatlarında Gəncə şəhərində mülki yaşayış binalarını raket zərbəsi ilə hədəfə almasından yazıb. Media vasitələri Azərbaycan ordusunun işğal altındakı torpaqlarında əməliyyat keçirdiyi halda Ermənistan tərəfinin bu səhər Tərtər, Ağdam, Bərdə və Ağcabədidə mülki əhalini atəşə tutmasına diqqəti çəkib.

İran KİV-i Azərbaycan prezidenti İlham Əliyevin bugünki çıxışını da işıqlandıraraq, prezidentin Beynəlxalq Təşkilatların Ermənistanın işğalını dayandırmayacağı təqdirdə Azərbaycan Ordusunun özünün bu cinayətləri dayandıracağını söylədiyini yazıb.

İslam Respublikası mediasında Füzuli rayonunun işğaldan azad olunması xəbəri də geniş müzakirə edilib.
Source : IslamTimes