0
Wednesday 21 October 2020 - 12:51

İranlı həkimlər Qarabağda fəaliyyət göstərmək üçün Azərbaycana müraciət edib

Story Code : 893261
İranlı həkimlər Qarabağda fəaliyyət göstərmək üçün Azərbaycana müraciət edib
Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Müraciətdə qeyd edilib: “Diqqətinizə çatdırmaq istərdik ki, biz, İranın mütəxəsis həkimləri Azərbaycan Respublikasının hörmətli dövlətini və xalqını yeni qələbələrlə təbrik edib, eləcə də, hərbçilərin və sivil xalqın şəhid edilməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verərək Azərbaycan Respublikası Ordusuna və əsgərinə yeni qələbələr arzulayırıq. Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik”.