Türkiyədən ABŞ-a S-400 mesajı: Bu iddia doğru deyil!
Story Code : 893935
Axar.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü polkovnik-leytenant Şəbnəm Aktop Tvitter hesabında deyib.
“S-400-lər eyni zamanda hər hansı bir NATO Komandanlıq Nəzarət sisteminə inteqrasiya olunmadan istifadə ediləcək. Türkiyənin NATO öhdəliklərinə zidd hərəkət etdiyini iddia etmək doğru deyil”, - sözçü bildirib.
Qeyd edək ki, Pentaqon sözçüsü Conatan Hoffman ABŞ-ın Türkiyənin 16 oktyabrda icra etdiyi S-400 sisteminin sınaqlarını qətiyyətlə pislədiyini açıqlayıb.