0
Wednesday 28 October 2020 - 01:56

Ermənilər Aysunu öldürdülər, 3 yaşlı bacısını isə yaraladılar - FOTO

Story Code : 894478
Ermənilər Aysunu öldürdülər, 3 yaşlı bacısını isə yaraladılar - FOTO
Publika.az "Report"a istinadla xəbər verir ki, T.İsgəndərovanın sağ baldırında qəlpə yarası var. Hazırda qəlpə çıxarılıb, o, əməliyyat olunub.

T.İsgəndərovanın anası Mətanət İsgəndərova "Report"un əməkdaşına bildirib ki, hadisə zamanı uşaqlar həyətdə oynayırmış: "Birdən səs gəldi, qonşumuz Ehtiramın evinə qəlpələr yağdı. Həmin vaxt da uşaqlar qan içində idi. Böyük qızım Aysu öldü, balaca qızım Tahirə isə yaralandı. Onu tez xəstəxanaya çatdırdıq".

Həkim "Report"a bildirib ki, bu gün axşam saatlarında xəstəxanaya 12 mülki şəxs qəlpə yarası ilə daxil olub: "Dörd nəfər hadisə yerində ölmüşdü. Yaralılardan biri açıq kəllə-beyin travması, kəllə sümüklərinin sınığı, komatos vəziyyətdə neyrocərrahiyə şöbəsinə göndərdik. Digər xəstələr də müalicə olunur".

Qeyd edək ki, bu gün saat 16:40 radələrində işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Nəticədə rayonun Qarayusifli kəndində 4 mülki şəxs həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb.