0
Wednesday 28 October 2020 - 22:06

Livan parlamentinin sədri: Yaxın günlərdə yeni hökumət qurulacaq

Story Code : 894632
Livan parlamentinin sədri: Yaxın günlərdə yeni hökumət qurulacaq
Livan parlamentinin sədri Nəbih Berri Çərşənbə günü bildirib ki, əgər mövcud müsbət atmosfer sabit qalarsa, yaxın dörd-beş gündə yeni hökumət qurulacaq.

Livan parlamentinin sədri ölkənin dəniz sərhədlərini təyin etmək üçün sionist rejimlə aparılan danışıqlara da toxunub. O bu danışıqların yalnız ölkənin hüquqlarını təmin etmək məqsədi ilə aparıldığını və sionist rejimlə münasibətlərin normallaşdırılması prosesinə aid olmadığını təkidlə bildirib. O Livanın sionist rejimlə münasibətləri heç vəchlə normallaşdırmayacağını söyləyib.

Həzrət Peyğəmbərin (s) mövlud günü münasibətilə mesajında Nəbih Berri deyib: "​​Məscidül-Əqsa Fələstinə və ərəblərə aiddir və fələstinlilərin hüquqları bərpa olunmalıdır!"

Qeyd edək ki, Livanda yeni dövlətin formalaşdırılmasının Səd Həririyə həvalə edildiyi bildirilir.
Source : IslamTimes