0
Thursday 29 October 2020 - 10:30

Nyu-York birjası kəskin geriləmə ilə bağlanıb

Story Code : 894679
Nyu-York birjası kəskin geriləmə ilə bağlanıb
“Report” birjaya istinadən xəbər verir ki, “Dow Jones” sənaye indeksi 943,24 bənd (-3,43%) enişlə 26 497,39 bəndə, “Standard & Poor 500” indeksi də 119,64 bənd (-3,53%) azalma ilə 3 271,03 bəndə geriləyib.

“Nasdaq” elektron indeksi də 426,48 bənd (-3,73%) geriləyərək 11 004,87 bəndə düşüb.

Hərracda “Alphabet”in səhmləri 4,82 faiz, “Microsoft”un səhmləri 4,95 faiz, “Apple”ın səhmləri isə 4,42 faiz azalıb. WTI markalı neftin dekabr müqavilələri 0,21 faiz ucuzlaşaraq 37,31 ABŞ dollarından, qızıl isə 0,09 faiz ucuzlaşaraq 1 877,70 ABŞ dollarından satılıb.
Related Stories