0
Wednesday 4 November 2020 - 19:20

Fələstində bir kənd sionistlər tərəfindən dağıdıldı

Story Code : 895922
Fələstində bir kənd sionistlər tərəfindən dağıdıldı
Bu genişmiqyaslı əməliyyatda İsrail ordusu buldozerlərdən istifadə edərək Qərb Sahilinin işğal altında olan Homs əl-Bəqiyə kəndində fələstinlilərə məxsus 80 evi tamamilə məhv edib.

Fransa xəbər agentliyinin bölgədəki fotoqrafı da daxil olmaqla bir çox mənbələr bildirib ki, bu kənddə olan əksər evlər yoxsul təbəqəyə məxsus insanların yaşadığı evlər olub. Sionistlərin bu evləri yerlə bir etməsindən sonra onlarla fələstinli evsiz qalıb.

Qeyd edək ki, BMT və digər beynəlxalq təşkilatlar işğalçı İsrail rejiminə Fələstin torpaqlarındakı evləri sökərək sionist yaşayış massivləri inşa edilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də sionistlər heç kəsə məhəl qoymadan bu vəhşiliyinə davam edir!
Source : IslamTimes