0
Monday 9 November 2020 - 09:43

İraqda silahlıların posta hücumu nəticəsində 11 nəfər ölüb

Story Code : 896728
İraqda silahlıların posta hücumu nəticəsində 11 nəfər ölüb
APA xəbər verir ki, bu barədə İraqın “As Sumaria” telekanalı məlumat yayıb.

Məlumata görə, hücum axşam saatlarında baş verib. Hücum zamanı silahlı şəxslər əl qumbarası və avtomat silahlardan istifadə ediblər. Atışma nəticəsində beş hərbçi və altı mülki şəxs ölüb.

Həmçinin tibb işçiləri səkkiz nəfərin yaralandığını bildirib. Yaralılar Bağdad xəstəxanasına aparılıb.