0
Sunday 22 November 2020 - 12:33

Trampın Baydeni "vurmaq" üçün 90-cı dəqiqə təlaşı

Story Code : 899313
Trampın Baydeni "vurmaq" üçün 90-cı dəqiqə təlaşı
"The New York Times" qəzetinin verdiyi məlumata görə prezident seçkilərində saxtakarlığa yol verildiyini iddia edərək məğlubiyyəti qəbul etmək istəməyən Donald Tramp eyni zamanda son təyinatları ilə Ağ Evdə son həftələrini yaşadığını artıq qəbul etmiş kimi görünür.

Tramp iqtisadi, siyasi və ictimai sahələrdə islahatlar aparmaq vədi ilə Amerika xalqının əksəriyyətinin səsini qazanan Co Baydenin işini çətinləşdirmək məqsədi ilə müxtəlif sahələrə yeni təyinatlar edərək, özü getsə belə geridə qoyduğu mirası ilə yeni prezidentə mane olmağa çalışır!
Source : IslamTimes