0
Monday 30 November 2020 - 22:56

Fransız xalqı hakimiyyəti diz çökdürdü

Story Code : 900927
Fransız xalqı hakimiyyəti diz çökdürdü
Reuters-in verdiyi məlumata görə, hakim partiyanın parlamentdəki sözçüsü Kristof Kastaner bildirib ki, polis işçilərindən xidmət halında olarkən çəkiliş aparılmasını qadağan edən qanun layihəsi ləğv edilib.

Fransa parlamentindəki hakim partiyanın lideri mətbuat konfransında deyib ki, uyğun qanuna dəyişiklik edilib və yeni qanun yaxın zamanlarda açıqlanacaq.

Polislərin lentə alınmasını qadağan edən qanun Fransada geniş etiraz aksiyaları ilə müşayiət olunub. Qəzəbli xalq dövlət idarələrinə belə od vurub. Polisin etirazlara müdaxiləsindən sonra şiddətli qarşıdurmalar baş verib.
Source : IslamTimes