0
Wednesday 16 December 2020 - 10:35

ABŞ İraqdakı İŞİD terrorçularına gizli şəkildə silah göndərir

Story Code : 904074
ABŞ İraqdakı İŞİD terrorçularına gizli şəkildə silah göndərir
"Qasim əl-Cabbarin" müqavimət qrupunun sözçüsü Əbu Müctəba Qureyşi verdiyi açıqlama zamanı bildirib ki, ABŞ İŞİD-i dəstəkləmək və fəaliyyətlərini artırmaq üçün İraqa silah göndərib:
"Amerikalılar gizli şəkildə İraqa silah göndərirlər. Müqavimət qruplarını terrorçulara təhvil verərək, hücumlar təşkil edərək, təxribat və qətldə günahlandırmaq üçün İraqa raketlər, silahlar və hərbi texnika gətiriblər. Keçən həftə C-130 təyyarəsi, 32 roketatar və əlaqədar avadanlıqları Küveytdən İraqa gətirib. Silahlar Eyn əl-Əsəd bazasında saxlanılır. Silah daşıyan Amerika təyyarəsinin İraqa gəlişindən sonra ölkədə İŞİD-in fəaliyyətləri artıb". /Eastnews/