0
Saturday 26 December 2020 - 01:59

Ərdoğan: "İsrail ilə təhlükəsizlik sahəsində əlaqələrimiz davam edir"

Story Code : 906205
Ərdoğan: "İsrail ilə təhlükəsizlik sahəsində əlaqələrimiz davam edir"
Türkiyənin işğalçı İsrail ilə kəşfiyyat əlaqələrini davam etdirdiyini söyləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Bəzi ölkələrlə olduğu kimi, İsraillə də yaşanan problem ən başda oturanlar səbəbindəndir, onlarla problem yaşamasaydıq, əlaqələrimiz çox fərqli ola bilərdi."

Cümə namazından sonra jurnalistlərin gündəmə dair suallarını cavablandıran Ərdoğan əlavə edib: "İsrailin Fələstinlə bağlı siyasəti Türkiyənin qırmızı xəttidir. Onların Fələstin ərazilərinə münasibətini Ankaranın qəbul etməsi qeyri-mümkündür. Bu, nə ədalət anlayışımıza, nə də ölkələrin ərazi bütövlüyünə hörmət prinsipinə uyğundur. Bu məsələ İsraillə bizi bir-birimizdən fərqləndirən nöqtədir. Bu problemlər olmasaydı, biz də onlarla münasibətlərimizi daha yaxşı bir səviyyəyə çatdırmaq istəyərdik..."
Source : IslamTimes