0
Saturday 26 December 2020 - 11:14

Mərkəzi Afrika Respublikasında sülhməramlılar öldürüldü

Story Code : 906251
Mərkəzi Afrika Respublikasında sülhməramlılar öldürüldü
BMT-nin baş katibi MAR-dan təqsirkarların cəzalandırmasını tələb edib.

Bu barədə BMT baş katibinin nümayəndəsi Setefan Dujarrik açıqlama verib.

“Baş katib bu gün naməlum silahlı yaraqlıların Mərkəzi Afrikanın milli müdafiə və təhlükəsizlik qüvvələrinə və Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Afrika Respublikasındakı Çox Məqsədli İnteqrasiya Stasionar Missiyasına (MINUSCA) Dekoa və Bakumedəki hücumlarını qətiyyətlə pisləyir. Dekoada Burundidən üç sülhməramlı öldürüldü, ikisi yaralandı ”, - deyə Dujarrik bildirib. /Eastnews/