0
Wednesday 10 August 2011 - 10:53

Azərbaycan İslam Partiyasına qarşı təxribat

Story Code : 90747
Azərbaycan İslam Partiyasına qarşı təxribat
Azərbaycan İslam Partiyasına qarşı təxribat
Bildiyiniz kimi bir neçə gün öncə ölkə KİV-də "AİP üzvü narkotiklə yaxalandı" adı altında xəbərlər yayılmışdı. Astara gömrük-keçid məntəqəsində AİP üzvü olduğu iddia edilən Feyzulla Axundov adlı həmvətənin İrandan Azərbaycan ərazisinə keçərkən saxlanıldığı bildirildi. Ölkə mətbuatında yayılan təxribat karaxterli məlumatda deyilir ki, saxlanılan şəxsin üzərində narkotik maddə aşkar edilib və onun Azərbaycan İslam Partiyasının üzvü olduğu aşkarlanıb.

Bu xəbərdən az sonra İslam Partiyası məsələ ilə bağlı araşdırma aparıb. AİP-in Astara rayon komitəsindən verilən məlumatda bildirilib ki, Feyzulla Axundov AİP üzvü deyil. Partiya onun həbs olunmasında AİP-in adının hallandırılmasını yolverilməz sayır.

Bu gün AİP üzvlərinə qarşı iyrənc ittihamlarla çıxış edənlərin hansı orqanlara qulluq etdiyi məlum deyil. Həbsdə olan AİP üzvlərinə qarşı irəli sürülən ittihamların yalan olduğu xalqa gün kimi aydındır. Bu yollarla İslama zərbə vura bilmədiyini görən muzdurlar bu gün həqiqi cinayətə yol vermiş şəxsləri AİP-ə calamaqla bu qurumun adını ləkələmək niyyətindədirlər. Amma onların hiyləsi baş tutmadı!

وَمَكَرُوا وَمَكَرَ اللَّهُ ۖ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ

Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir). ("Ali-İmran" surəsi, ayə 54)
Comment