0
Sunday 3 January 2021 - 09:36

Ebolanı kəşf edən alim dünyanı gözləyən yeni təhlükədən danışıb

Story Code : 907724
Ebolanı kəşf edən alim dünyanı gözləyən yeni təhlükədən danışıb
APA bildirir ki, professor bu barədə CNN-ə müsahibə verərkən söyləyib.

Muembe-Tamfum 1976-cı ildə Ebola virusunu aşkar edən alimdir.

Alimin fikrincə, yeni təhlükə meşələrin kəsilməsindən qaynaqlanır və müxtəlif xəstəliklərin patogenlərinin artmasına səbəb olur.

O, eyni zamanda bildirib ki, bu gələcəkdə "böyük pandemiyaya" səbəb ola bilər. Jurnalistin “Ebola gələcəkdə COVID-19 kimi sürətlə yayıla bilərmi” sualına Muembe-Tamfum belə cavab verib:

"Biz yeni patogenlərin ortaya çıxacağı bir dünyada yaşayırıq. Və bu da həyat üçün təhlükəlidir”.