0
Sunday 3 January 2021 - 01:57

İran uranı 20% zənginləşdirəcəyi ilə bağlı qərarını MAQATE-yə bildirdi

Story Code : 907755
İran uranı 20% zənginləşdirəcəyi ilə bağlı qərarını MAQATE-yə bildirdi
İran dövlət televiziyasında qatıldığı proqramda çıxış edən Salehi, hökumətin xarici əlaqələrdə problemlər yaratmağın əleyhinə olduğunu və nüvə fəaliyyətlərinin sürətləndirilməsini və nüvə obyektlərindəki yoxlamaların məhdudlaşdırılmasını məcbur edən qanunu tətbiq edəcəklərini bildirib.

Qanunun prezident Həsən Ruhani tərəfindən imzalanmadığını xatırladan Salehi, təlimat veriləcəyi təqdirdə uranı yaxın gələcəkdə 20% zənginləşdirəcəklərini açıqlayıb.

Bu kontekstdə MAQATE-yə məlumat verdiklərini söyləyən Salehi, belə deyib: “Məktubumuzu İranın Vyanadakı daimi nümayəndəsinə (Kazım Qəribabadi) göndərdik. Müfəttişlər gəlib möhürlənmiş hissələri açmalıdırlar (nüvə razılaşmasına əsasən). Tezliklə Agentliyin nəzarəti altında uran qaz kapsulunu (yüksək səviyyəli uran istehsalı üçün) əvəz edəcəyik”.

İranlı şəhid alim Möhsin Fəhrizadənin öldürülməsindən sonra parlamentə gətirilib təsdiqlənən qanun, İran Atom Enerjisi Təşkilatını uranı 20% zənginləşdirməyə başlamağı və aşağı səviyyəli zənginləşdirilmiş uran ehtiyatlarını artırmağı məcbur edir.

Nüvə razılaşması İrana uranı ən çox 3.67% nisbətində zənginləşdirməyə imkan verirdi. ABŞ sanksiyalarına qarşı müqavilədəki öhdəliklərini dayandıraraq, İran zənginləşdirilmiş uran səviyyəsini 4,5% səviyyəsində saxlayırdı. /Deyerler/