0
Monday 4 January 2021 - 00:00

Koronavirusun "Britaniya" variantının uşaqlar üçün daha təhlükəli olduğu açıqlanıb

Story Code : 907865
Koronavirusun "Britaniya" variantının uşaqlar üçün daha təhlükəli olduğu açıqlanıb
APA-nın “Russian Today”ə istinadən verdiyi məlumata görə, bunu Londonun Kraliça Meri Universitetinin epidemiologiya üzrə baş müəllimi Dipti Qurdasani bildirib.

O, Britaniyada aşkar olunmuş koronavirusun yeni mutasiyasının 19 yaşınadək olan uşaqlar və gənclər üçün daha çox yoluxucu olduğunu qeyd edib.

“Həm də uşaqlarda bu növ koronavirusun simptomlarının yaranma ehtimalı daha yüksək ola bilər”, - Qurdasani belə deyib.

Onun sözlərinə görə, yeni koronavirus ştammı uşaqlardan böyüklərə də keçə bilər ki, bu da daha ağır xəstəliyə gətirib çıxarır.

Qeyd edək ki, son sutka ərzində Britaniyada 54 990 nəfərin COVID-19 testi müsbət nəticə verib, 454 nəfər isə bu virusdan ölüb. Ümumilikdə ölkə ərazisində 2 654 779 nəfərdə koronavirus aşkar olunub, virusa yoluxmuş 75 024 nəfər isə həyatını itirib