0
Wednesday 13 January 2021 - 16:10

Hillari Klinton Səudiyyə rejimini qətldə günahlandırdı

Story Code : 909905
Hillari Klinton Səudiyyə rejimini qətldə günahlandırdı
ABŞ-ın sabiq dövlət katibi xanım Hillari Klinton, Twitter hesabında "Apple TV" keçidini paylaşıb. Bu keçiddə qətlə yetirildiyi anadək Səudiyyə rejiminin əsas tənqidçilərindən olan jurnalist Camal Kaşıkçının həyatından bəhs edən "The Dissident" filmi reklam edilir. Xanım Klinton bu paylaşımı ilə cinayətkar Səudiyyə rejiminin Camal Kaşıkçını qətlə yetirdiyini bildirib.

Klinton Twitter istifadəçilərinə müraciətlə yazıb: "The Dissident" filmini izləməmisinizsə, ümid edirəm ki, bu filmi izləyəcəksiniz. Bu film Camal Kaşıkçının Səudiyyə rejimi tərəfindən qətlə yetirilməsindən bəhs edən inanılmaz dərəcədə dəyərli bir sənədli filmdir.

"The Dissident" amerikalı rejissor Brian Vogelin rejissorluğu ilə hazırlanmış İstanbulda Səudiyyə Ərəbistanının baş konsulluq binasında qətlə yetirilən jurnalist Camal Kaşıkçı haqda sənədli filmdir.
Related Stories