Rəsmi Dəməşq: Əl-Qaidə və digər terror qruplaşmaları ABŞ-ın əlaltılarıdır
Story Code : 910149
Suriya Xarici İşlər Nazirliyindəki mənbə deyib: "Rəsmi Dəməşq ABŞ-ın İranın Əl-Qaidə terror qruplaşmasına dəstək verməsi ilə bağlı iddialarının tam yalan olduğunu bildirir və bu addımın ABŞ-ın Tehrana qarşı həyata keçirdiyi anti-təbliğat kompaniyasının bir hissəsi olduğunu düşünür."
Suriyanın rəsmi xəbər agentliyi (SANA) yazıb: "Suriya XİN bildirib ki, ABŞ-ın bu iftiraları yalnız özünü aldada bilər. ABŞ belə iftiralarla özünə qarşı yönəlmiş ittihamlardan yayınmağa çalışır.
Hər kəs Əl-Qaidə və digər terror qruplarının ABŞ tərəfindən yaradıldığını yaxşı bilir. ABŞ bu terror qruplaşmalarından istifadə edərək məntəqə xalqlarını qorxudur, sabitliyi və təhlükəsizliyi pozaraq bu ölkələrə hakim olmağa çalışır."