0
Sunday 17 January 2021 - 10:25

Bayden islahatlara andiçmə günündən başlayır?

Story Code : 910680
Bayden islahatlara andiçmə günündən başlayır?
Co Baydenin Ağ Ev Aparatının rəhbəri postuna təklif etdiyi Ron Klein mediaya verdiyi açıqlamada bildirib ki, Co Bayden ABŞ prezidenti olduğu ilk gün 10-dan çox icra əmri vermək niyyətindədir. Bu əmrlər mövcud ABŞ hökumətinin bəzi mübahisəli qanun və əmrlərini ləğv etməklə bağlıdır.

Verilən məlumata görə, Baydenin çərşənbə günü üçün planlaşdırılan qərarları arasında Paris İqlim Sazişinə geri dönüş, əksəriyyəti müsəlman olan ölkələrin səyahət və immiqrasiya qadağalarının ləğvi, tələbələr üçün federal kreditlərin hissə-hissə verilməsi ilə bağlı qanunun islahı və dövlət müəssisələrində, eləcə də ştatlar arası səyahətlər zamanı tənəffüs maskasından istifadə edilməsinin icbari olması məsələsi də var.

Bu qərarların əksəri seçki kampaniyası zamanı da Bayden tərəfindən vəd edilmiş məsələlərdir. Yeni ABŞ prezidentinin andiçmə günü verəcəyi əmrlərin ABŞ Konqresinin təsdiqinə də ehtiyacı olmayacaq. Çünki bu qərarların əksəri Donald Trampın zamanında ləğv edilmiş qanunların bərpası ilə bağlıdır.