Bin Salmana qarşı sürpriz hərbi çevriliş hazırlanır?
Story Code : 912729
RT xəbər agentliyinin verdiyi məlumata görə, Səudiyyə müxalifəti vəliəhd şahzadə Məhəmməd Bin Salmana qarşı çevriliş planı hazırlandığının nişanələrindən danışıb.
"Əl-təcdid əl-İslamiyyə" Partiyasının baş katibi Məhəmməd əl-Məsəri məlumatlı mənbələrə istinadən bildirib ki, Məhəmməd ibn Salmanın mövqeyi olduqca zəifləyib, əksinə Əhməd bin Əbdül-Əzizin isə nüfuzu inanılmaz dərəcədə güclənməkdə davam edir.
Əhməd bin Əbdül-Əzizin fərqli qəbilələrdən minlərlə insanın dəstəyini qazandığı bildirilir. Hətta ordu sıralarında da ona dəstək verən generalların sayı çoxalıb.
"Əl-təcdid əl-İslamiyyə" Partiyasının baş katibi qeyd edib ki, Ali-Səud ailəsində də qütbləşmə müşahidə edilir. Hətta ölkənin təhlükəsizlik xidmətindəki yüksək məqamlı şəxslər arasında da ciddi ixtilaflar yaranıb.