0
Saturday 30 January 2021 - 23:51

Fransız siyasətçidən həyasızcasına tələb

Story Code : 913374
Fransız siyasətçidən həyasızcasına tələb
Radikal sağçı siyasətçi və Fransa Milli Cəbhəsinin lideri Marine Le Pen cümə günü çıxışı zamanı ictimai yerlərdə müsəlman xanımların hicab taxmalarının qadağan olunmasını təklif edib.

2022-ci il Fransa prezident seçkilərinə cəmi 15 ay qaldığı bir zamanda anketlərdə Fransa Prezidenti Emmanuel Makronla çiyin-çiyinə rəqabət aparan Marine Le Pen bu qalmaqallı fikirləri ilə gündəmi zəbt etmək istəyir.

Marine Le Pen jurnalistlərlə müsahibə zamanı deyib: "Mənim fikrimcə baş örtüsü ekstremist bir geyimdir."

2017-ci ildə Marine Le Pen prezident seçkiləri zamanı Emmanuel Makrona böyük səs fərqi ilə məğlub olub.