0
Wednesday 3 February 2021 - 18:49

Ulyanov: HBFP sazişi ilə bağlı ilk addımı ABŞ atmalıdır

Story Code : 914136
Ulyanov: HBFP sazişi ilə bağlı ilk addımı ABŞ atmalıdır
Rusiyanın Vyanadakı BMT qərargahında daimi nümayəndəsi olan Mixail Ulyanov Twitterdə İran-ABŞ münasibəti haqda yazıb. ABŞ tərəfi İran Xarici İşlər nazirinin Vaşinqtonla Tehran arasında HBFP sazişi ilə bağlı uyğunluq yaradılması planını rədd etməsindən sonra Ulyanov yazıb:

"Ümid edirəm bu təklifin rədd edilməsi bir anlaşılmazlıq, səhv olub. Əks təqdirdə, (ABŞ tərəfinin) yersiz təkəbbürü, qüruru görülən işlərin nəticəsiz sonuclanmasına səbəb olacaq.

Ulyanov əlavə edib: "İlk olaraq qarşı tərəf (ABŞ) addım atmalıdır. Hazırkı qərarlar ünvana yetişməyə kömək etməyəcək. Birləşmiş Ştatlar və İranın HBFP sazişini yenidən canlandırmaq üçün bir-biri ilə razılaşaraq addım atmasının zamanı gəlib."

Qeyd edək ki, İran XİN başçısı Cavad Zərif ABŞ və İranın eyni zamanda HBFP sazişində qeyd olunan öhdəçilikləri yerinə yetirməyə başlaması ilə bağlı təklif irəli sürmüşdü.