0
Sunday 7 February 2021 - 12:48

Makron: “Aİ Çinə qarşı mübarizədə ABŞ-ın tərəfinə keçməməlidir”

Story Code : 914839
Makron: “Aİ Çinə qarşı mübarizədə ABŞ-ın tərəfinə keçməməlidir”
Deyerler.org xəbər verir ki, “Paltico”nun verdiyi məlumata görə, Makron “Atlantic Council” beyin mərkəzində video konfransla çıxış edərək belə deyib: “Hamımızın Çinə qarşı birləşdiyimiz vəziyyət, ən yüksək qarşıdurma ehtimalı olan bir ssenaridir. Məncə, belə bir hərəkət konstruktiv deyil”.

Fransa prezidenti Çinə qarşı vahid cəbhənin yaradılmasının, Pekinin iqlim dəyişikliyi ilə mübarizə və Cənubi Çin dənizi kimi bölgələrdə gərginliyin artması kimi məsələlərdə Qərblə əməkdaşlıqdan imtina etməsi ilə əlaqəli risk formalaşdırdığını bildirib.

Makron yeni ABŞ rəhbərliyinin çoxtərəfliliyə qayıtmaq cəhdinə toxunaraq, belə deyi: “Bu yeni fəsil Çin liderləri və xalqı üçün çox vacibdir. ABŞ-ın geri dönməsindən sonra, Çinin necə davranacağını görmək qalır”.

Fransanın prezidenti BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün (Çin, Fransa, ABŞ, İngiltərə və Rusiya) bir toplantsıının keçirilməsinin vacib olduğunu bildirib.

Makron daha sonra Çinin iqlim dəyişikliyi ilə mübarizə kimi bəzi sahələrdə tərəfdaş olduğunu, ticarət və sənayedə rəqib olduğunu, Hind-Sakit okean hövzəsindəki davranış və ya dəyərlər və inanclar kimi məsələlərdə sistemli rəqib olduğunu bildirib.

Çinin əvvəlki ABŞ rəhbərliyinin geri çəkildikdən sonra Paris İqlim Sazişinin üzvü olaraq qaldığını qeyd edən Makron belə danışıb: “Çin ilə iqlim məsələlərində effektiv və görkəmli bir gündəm üzərində işləməli olduğumuza inanıram və ABŞ-ın bu mövzuda danışıqlara başlamaq üçün geri dönməsinin yaxşı bir şey olduğunu düşünürəm”.

Makron əlavə edib ki, ticarət, sənaye və intellektual mülkiyyət sahələrində praktik təşəbbüs Ümumdünya Ticarət Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı vasitəsilə formalaşdırılmalıdır.