0
Monday 8 February 2021 - 23:14

"Müqavimət Cəbhəsini zəiflətmək planı uğursuzluqla nəticələndi!"

Story Code : 915146
"Müqavimət Cəbhəsini zəiflətmək planı uğursuzluqla nəticələndi!"
Livan Hizbullahının yüksək səviyyəli rəsmisi Hüseyin Əl-Hacc Həsən, İran İslam İnqilabının ildönümü münasibətilə çıxışı zamanı deyib: "Fələstin problemi Müqavimət üçün ən əsas mövzudur. İran Fələstin probleminin yaddan çıxmaması üçün Fələstindəki Müqavimət Cəbhəsi başda olmaqla daim bütün müqavimət qruplarına kömək edib."

Hüseyn Əl-Hacc Həsən əlavə edib: "Livan Hizbullahını zəiflətmək səyləri nə ilə nəticələndi? Sionistlərin Livana hücumundan sonra Hizbullahın qətiyyəti və gücü daha da artdı. Eyni hadisə İran, Yəmən və Fələstin xalqı üçün də baş verib."

Hizbullah rəsmisi şəxsi səhifəsindəki bir twitdə yazıb: "İran İslam Respublikası İslam İnqilabının 42-ci ildönümündə hələ də işğalçı Sionist rejiminə qarşı Livan Müqavimətini dəstəkləməyə davam edir. Bəzən İran məzlum Fələstin xalqına, Müqavimət Cəbhələrinə dəstəyinə görə ağır bədəl ödəyir. Bu gün Amerika və Sionistlərin Müqavimət Cəbhələrini blokadada saxlayaraq onları zəiflətmək planı da İranın dəstəyi səbəbindən uğursuzluqla nəticələnir!"