0
Wednesday 10 February 2021 - 23:56

Avropalı rəsmi: İran nüvə anlaşmasını pozmayıb!

Story Code : 915537
Avropalı rəsmi: İran nüvə anlaşmasını pozmayıb!
Avropa Parlamentinin İranla Münasibətlər Komitəsinin rəhbəri Kornelia Ernst "Əl-Cəzirə" kanalına verdiyi açıqlamada bildirib ki, İran nüvə anlaşmasını pozmayıb.

Kornelia Ernst müsahibə zamanı deyib:

"İlk addımı Vaşinqton atmalıdır. Çünki bu xaosa onlar (Tramp administrasiyası) səbəb olub. İranla danışıqlar indidən başlamalıdır. Avropa Birliyi bu danışıqlarda vasitəçi kimi çıxış edə bilər."

Qeyd edək ki, İranın BMT-dəki nümayəndəsi Məcid Təxt Rəvançi də dünən "Frans 24"-ə verdiyi müsahibədə ABŞ-ın ilk addımı ataraq nüvə anlaşmasına qayıtmalı olduğunu söyləyib.