0
Sunday 14 February 2021 - 13:15

Blinken: İranın nüvə silahına yiyələnməməsinin yeganə yolu diplomatiyadır!

Story Code : 916207
Blinken: İranın nüvə silahına yiyələnməməsinin yeganə yolu diplomatiyadır!
ABŞ Dövlət katibi Toni Blinken Twitter-də yazıb: "İranla bağlı məsələlərdə xüsusi elçi Rob Malinin Dövlət Departamentində əla bir başlanğıc etməsindən çox məmnunam. Diplomatiya İranın nüvə silahına sahib olmaması üçün ən yaxşı yoldur."

O əlavə edib: "Əgər İran nüvə anlaşmasındakı öhdəliklərini yerinə yetirərsə, biz və müttəfiqlərimiz də eyni addımı atacağıq. Biz daha geniş və daha güclü bir anlaşma ardıncayıq."

ABŞ Dövlət katibi daha öncə də ABŞ-ın HBFP sazişindən çıxmasına və öhdəliklərinə əməl etməməsinə işarə etmədən İranın öz öhdəliklərini yerinə yetirmədiyini iddia edib. Bir halda ki, İran tərəfi ABŞ bu sazişi tərk etdikdən sonra belə bir neçə il bütün öhdəliklərinə əməl edib!