Deyerler.org-un verdiyi xəbərə görə, Yəmənin Ənsarullah hərəkatının sözçüsü olan Məhəmməd Əbdüs-Salam deyib ki, Səudiyyə rejiminin atəşi və Yəmənə qarşı müharibəsi altında siyasi proses irəliləyə bilməyəcək.
“Tam və əhatəli atəşkəsdən və mühasirənin götürülməsindən sonra konstruktiv və uğurlu siyasi danışıqlara çağıran bizik. Keçmiş təcrübələrimizə əsaslanaraq, atəş və mühasirə şəraitində heç bir siyasi proses hər hansı uğur qazanmayacaq. Təcavüzkar düşmənçiliyinə və hücumlarına son qoymalı və Yəmənin mühasirəsini qaldırmalıdır və biz bu məsələni müsbət yanaşma ilə həll etməyə hazırıq”, - deyə Əbdüs-Salam bildirib.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti dünən (16 fevral) Sənada yerləşən Milli Qurtuluş Hökumətinin bir hissəsi olan Yəmənin Ənsarullah hərəkatını xarici terror təşkilatları siyahısından rəsmən çıxardığını elan etmişdi.