0
Monday 22 February 2021 - 22:05

Ərəbistan kralı Co Baydendən Kaşıkçının qətlinin ört-bastır edilməsini istəyib

Story Code : 917802
Ərəbistan kralı Co Baydendən Kaşıkçının qətlinin ört-bastır edilməsini istəyib
Məlumatlı mənbələr "WikiLeaks" saytının Səudiyyə Ərəbistanı ilə bağlı bölməsinə verdiyi müsahibədə bildirib ki, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz, ABŞ Prezidenti Co Baydenə gizli mesaj yollayaraq, Ərəbistanda tənqidçi jurnalisti kimi tanınan Camal Kaşıkçının qətlinə dair hesabatın dərc edilməməsini istəyib.

Bu mənbələrin bildirdiyinə görə, mesajı Baydenə rəsmi Riyazın Vaşinqtondakı səfiri Rima Bint Bəndər bin Sultan çatdırıb.

Qeyd edilir ki, mesajda Kral Salman deyib ki, Səudiyyə Ərəbistanı ABŞ üçün maraqlı olan müxtəlif məsələlərlə bağlı Bayden rəhbərliyi ilə danışıqlar aparmağa hazırdır. ABŞ-a verilən bu imtiyazlar müqabilində Camal Kaşıkçının qətli ilə bağlı hesabatın yayımlanmaması istənilir.