0
Wednesday 3 March 2021 - 20:44

"Qərb də Kaşıkçı cinayəti və Yəmənə görə cavab verməlidir"

Story Code : 919495
"Qərb də Kaşıkçı cinayəti və Yəmənə görə cavab verməlidir"
The Guardian qəzeti Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd Bin Salmanın cinayətlərinə işarə edən məqalədə yazıb:

“2 oktyabr 2018-ci ildə jurnalist Camal Kaşıkçı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil oldu. Bir neçə dəqiqə içində o qətlə yetirildi və cəsədi tikə-tikə edildi. Cəsədin qalıqları heç zaman tapılmadı. Rəsmi Riyadın hadisə ilə bağlı son açıqlaması cinayətin "öz başına" qərarla həyata keçirildiyi iddiası idi. CIA isə qısa müddətdə Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın Kaşıkçının qətlində rolu olduğunu təsdiqlədi. Amma həmin zaman bin Salmanın pərəstişkarlarından olan Donald Tramp bunu qəbul etməyərək şahzadəyə qarşı hər hansı tədbir görülməsindən imtina etdi.

O dövrdə prezidentliyə namizəd olan Co Bayden, Səudiyyə Ərəbistanının bu hadisəyə görə bədəl ödəyəcəyini vəd etmişdi, amma bu gün iş başına keçən Bayden fikrini dəyişmiş kimi görünür..."

Qəzet yazıb ki, uzun illərdir Səudiyyə rejimini himayə edən Qərb, Amerika Ali-Səud rejiminin cinayətlərinə görə bu gün cavab verməlidir.