0
Thursday 4 March 2021 - 11:16

Husilər Səudiyyə Ərəbistanın Ciddə şəhərində neft bazasını hədəfə aldıqlarını bildiriblər

Story Code : 919589
Husilər Səudiyyə Ərəbistanın Ciddə şəhərində neft bazasını hədəfə aldıqlarını bildiriblər
SalamNews  xəbər verir ki, bunu mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi briqada generalı Yəhya Səri deyib.

O rəsmi tvitter səhifəsində yazıb ki, Səudiyyə Ərəbistanın Ciddə şəhərində Aramco şirkətinin neft bazası vurulub.

Əlavə edilib ki, hücum “Qüds-2” adlı qanadlı raketlə həyata keçirilib.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı Yəməndən atılan PUA-ların Xams-Mşit bölgəsi səmasında vurulduğunu bildirib.

Bu arada Reuters məlumat verib ki, ABŞ rəsmiləri Ənsarullah hərəkatının nümayəndələrilə Oman Sultanlığında görüşüb, atəşkəsin bərpa edilməsi məsələsini müzakirə edəcəklər.