0
Sunday 7 March 2021 - 00:51

Fransanın Lion şəhərində növbəti dəfə iğtişaşlar olub

Story Code : 920094
Fransanın Lion şəhərində növbəti dəfə iğtişaşlar olub
APA xəbər verir ki, bu barədə “Proqre” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, iğtişaşlar zamanı bir neçə avtomobil yandırılıb, iştirakçılar zibil qutularını yandırıb, küçələrdə hərəkəti çətinləşdiriblər.

Fransanın daxili işlər naziri Jerald Darmanen Bronda keçirilmiş xüsusi əməliyyat zamanı beş nəfərin saxlanıldığını bildirib. Ümumilikdə isə Lion metropolitenində 21 nəfər həbs olunub.