0
Monday 15 August 2011 - 18:31

İsraildən Fələstinə qarşı 40 ölkəyə məktub

Story Code : 92062
İsraildən Fələstinə qarşı 40 ölkəyə məktub
İsraildən Fələstinə qarşı 40 ölkəyə məktub
FaktXeber.com-un verdiyi məlumata görə, İsraildə nəşr olunan "Yedioth Ahranot" qəzetinin xəbərində Netanyahunun məktublarından bəziləri, bu ölkələrə səfər edən nazirlər vasitəsilə çatdırılıb.

Peru və Braziliyaya səfər edən baş nazir müavini Moşe Ayalon, Meksika və Yamaykaya səfər edən kəşfiyyat və nüvə enerji naziri Dan Meridor ilə Qvatemala, Kostarika və Urugvaya səfər edən dövlət naziri Yossi Peled, bu məktubları çatdıran adlar olublar. İsrail Mərkəz Bankı rəhbəri Stanley Fisçerin də Netanyahunun məktubunu, Fil Dişi Sahili prezidenti Alassane Quattaraya verdiyi qeyd edilib.

Netanyahunun, bir çox liderlələ telefon danışıqlarında da mövzunu müzakirə etdiyi bildirilən xəbərdə, məktubların İsrailin hər ölkəylə əlaqə vəziyyətinə görə hazırlandığı, məktublardakı əsas mesajın "Fələstin dövlətinin birtərəfli olaraq tanınmasının sülh müddətinə zərər verəcəyi" olduğu vurğulanıb.

Qəzetin xəbərinə görə Netanyahu, bu məktublardan birində belə qeyd edib:

"Sizdən Fələstin dövlətinin birtərəfli tanınmasına qarşı çıxmanızı istəyirəm. Fələstinlilərin BMT-yə apardıqları təklif, qarşılıqlı uzlaşmaya söykənən müzakirələri önləyəcək təşəbbüsdür. Bu təşəbbüs, həmçinin iki tərəf arasındakı mövcud razılaşmaların pozuntusu olub, sözügedən uzlaşmazlığın həllinin yeganə yolu olan həqiqi müzakirələr variantını şübhə altına almaqdadır."

Netanyahu ilə bərabər xarici işlər naziri Aviqdor Liebermanla nazir köməkçisi Dani Ayalon və digər Xarici İşlər mənsubları da prezidentlərlə telefon əlaqəsi yaradaraq, bu mövzudakı səylərini davam etdirdikləri qeyd olunub.

Qeyd edək ki, Fələstin rəhbərliyi, BMT-nin 194-cü dövləti olaraq tanınma mövzusunda qəti qərarlıdır. Xarici işlər naziri Riyad Əl Maliki, BMT-yə bu mövzudakı rəsmi müraciətlərini sentyabrın 20-də edəcəklərini söyləmişdi.
Related Stories
Comment