0
Saturday 13 March 2021 - 13:26

Avstriya kansleri AB daxilində gizli peyvənd sövdələşmələrinin aparıldığını açıqlayıb

Story Code : 921270
Avstriya kansleri AB daxilində gizli peyvənd sövdələşmələrinin aparıldığını açıqlayıb
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Avstriya kansleri Sebastyan Kurz bildirib.

Onun sözlərinə görə, dövlət və hökumət başçılarının qərarları ilə eyni vaxtda əczaçılıq şirkətləri ilə ziddiyyətli razılaşmalar əldə edilib. Bu sövdələşmələr "qondarma tibb məmurlarının koordinasiya şurasında" əldə edilib.

“Bu qurumun müqavilələri gizlidir, hətta mən onlar haqqında bilmirəm. Ancaq üzv ölkələr və əczaçılıq şirkətləri arasında əlavə sövdələşmələrin ələd edildiyinə dair məlumatlar var", Kurs bildirib.

Kansler bildirib ki, belə bir strategiyanın davam etdirilməsi AB ölkələri arasında dərmanların qeyri-bərabər paylanmasını artıracaq, məsələn, Bolqarıstan və Latviya kifayət qədər dərman preparatı əldə edə bilməyəcək.