0
Monday 15 March 2021 - 23:04

Netanyahu Ənsarullahdan ehtiyat edərək BƏƏ səfərini ləğv etdi

Story Code : 921734
Netanyahu Ənsarullahdan ehtiyat edərək BƏƏ səfərini ləğv etdi
Deyerler.org xəbər verir ki, Netanyahu bazar günü (14 mart) Kanal 13 televiziyasına verdiyi müsahibədə İordaniyanın keçən həftə hava məkanını təyyarəsinə müvəqqəti bağladığını və BƏƏ-yə getmək üçün yalnız Səudiyyə rejiminin hava məkanının qaldığını söyləyib.

Netanyahu keçən həftə Səudiyyə rejiminin qüvvələrinin Yəməndəki hücumlarına cavab olaraq Yəmən qüvvələrinin raket hücumuna toxunaraq, Səudiyyə rejiminin hava məkanında problemlər olduğunu da bildirib.

Məlumata görə, Netanyahu Səudiyyə rejiminin hava probleminin nə olduğunu və ya təyyarəsinin Yəmənin Ənsarullah qüvvələrinin raketinin hədəfi olub olmadığını söyləməyib.
 
Netanyahu Əbu-Dabi vəliəhdi Məhəmməd bin Zayəd ilə keçən həftənin cümə axşamı günü görüşmək üçün Birləşmiş Ərəb Əmirliklərinə getməli idi.