0
Monday 22 March 2021 - 21:18

Rusiya, Çin, İran ABŞ-a qarşı birləşir?

Story Code : 922911
Rusiya, Çin, İran ABŞ-a qarşı birləşir?
"FarsNews" informasiya agentliyinin verdiyi məlumata görə, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün bildirib ki, Çin xarici işlər naziri Vanq Yi cümə günü Tehrana səfər edəcək. Səfər zamanı Çin XİN başçısı İran XİN başçısı Məhəmməd Cavad Zərifdən əlavə prezident Həsən Ruhani ilə də görüşəcək. Görüş zamanı tərəflər iki ölkə arasındakı strateji tərəfdaşlığın gücləndirilməsi, beynəlxalq və regional məsələlər, ticari əlaqələr və s. mövzuları müzakirə edəcək.

Rusiya XİN başçısı Sergey Lavrovun Çin səfərindən dərhal sonra Çin xarici işlər nazirinin İrana səfərinin ABŞ üçün mühüm mesaj olduğu bildirilir. Qeyd edək ki, Sergey Lavrov Çin səfərində bildirmişdi ki, Rusiya ABŞ-ın qeyri-qanuni, birtərəfli sanksiyalarına qarşı bütün planları dəstəkləyəcək.