0
Wednesday 24 March 2021 - 11:05

Gərginlik yüksəlir: Şimali Koreya yenə raket atdı

Story Code : 923163
Gərginlik yüksəlir: Şimali Koreya yenə raket atdı
Axar.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzet bu sınağın Şimali Koreyanın ABŞ Prezidenti Cozef Baydenə ilk çağırışı olduğunu bildirib.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ dövlət katibi və müdafiə naziri Cənubi Koreyaya səfər etmişdilər. ABŞ nümayəndələri burada Çinə Şimali Koreya böhranının həllində yardım etməsiylə bağlı çağırış etmişdilər. Bundan bir gün sonra isə ABŞ-la Çin arasında Alyaskada gərgin görüş keçmişdi. Alyaskadan döndükdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşən Çin xarici işlər naziri Van Yi rusiyalı həmkarı ilə birgə Qərbə meydan oxumağa bənzəyəcək açıqlamalar vermişdilər.